Misir məhkəməsi ölkə prezidentinə sui-qəsd cəhdinə görə 8 terrorçunu edam cəzasına məhkum edib

04.02.2019 - 21:14

Misirin hərbi tribunalı ölkə prezidenti Əbdülfəttah əs-Sisinin Səudiyyə Ərəbistanına səfəri zamanı dövlət başçısına və Səudiyyə Ərəbistanının o vaxtkı vəliəhd şahzadəsi Məhəmməd bin Naifə sui-qəsd cəhdinə görə 8 terrorçunu edam cəzasına məhkum edib.

AZƏRTAC xəbər verir ki, hökmün təsdiq edilməsi üçün səkkiz məhkumun cinayət işi ölkənin Ali müftisinə təqdim edilib. Edam cəzası hökmünün qəti olaraq təsdiq edilməsi üzrə məhkəmə iclası martın 6-na təyin olunub.

Bu cinayət işi üzrə təqsirləndirilən 292 nəfər Al-Ariş şəhərində üç hakimin qətlində, Sinay yarımadasının şimalında parlament seçkilərini müşahidə edən hakimlərə silahlı hücumlarda və onlardan ikisinin, həmçinin dörd polis və bir mülki şəxsin öldürülməsində ittiham edilir. Onlar, habelə Sinay yarımadasının şimalında hərbçilərə qarşı silahlı hücumlarda və Al-Ariş şəhərinin aeroport yolunda Silahlı Qüvvələr və DİN əməkdaşlarının keçdiyi ərazidə partlayıcı qurğular yerləşdirməkdə təqsirləndirilirlər. Həmin terrorçular polis məntəqələrinə, təhlükəsizlik qüvvələri və mülki müdafiə qoşunlarının şəhərdə yerləşən idarələrinə minalanmış avtomobillərlə hücum etməkdə də günahlandırılırlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126680

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2019
BE ÇA Ç CA C Ş B
« Yan    
 123
45678910
11121314151617
18192021222324
25262728