Dünya üçün yeni təhlükə: 30 ildən sonra əhali sürətlə azalacaq…

07.02.2019 - 00:08

“Dünyada insanların sayının həddən artıq artması ilə yarana biləcək böhran düşünüldüyü qədər də dəhşətli olmaya bilər”. Musavat.com xəbər verir ki, Böyük Britaniyanın “Daily Mail” qəzetinin məqaləsində belə deyilir.
“BMT çoxdandır ki, dünyada əhali sayının Yer kürəsinin ehtiyatlarının kifayət edə bilməyəcəyi həddə yaxınlaşdığı barədə xəbərdarlıq edir. Hazırkı dövrdə planetimizdə 7,7 milyard insan yaşayır. 2035-ci ilə qədər isə bu rəqəm 9 milyarda çatacaq”, – deyə yazıda qeyd olunur.
Buna rəğmən qəzetin verdiyi məlumata əsasən kanadalı ekspert Con İbbiton və politoloq Darrel Briker bu təxminləri səhv hesab etdiklərini bildiriblər. Onlar yazdıqları “Boş planet” (Empty Earth) adlı kitabda Yer kürəsi əhalisinin 30 ildən sonra azalmağa başlayacağını ifadə ediblər. “Azalma başlayanda onun qarşısını almaq mümkün olmayacaq”, – deyə müəlliflər xəbərdarlıq ediblər.
Hər iki ekspertin fikrincə, BMT-nin proqnozları yalnız doğum, miqrasiya və ölüm əmsallarına əsaslanıb. Lakin burada urbanizasiyanın sürəti və qadınların təhsilinin artması kimi faktorlar nəzərə alınmayıb. Məsələn, Afrikada hazırda bu iki proses birdən baş verir.
“Əgər qadınların təhsilini artırdığı da nəzərə alınsa, o zaman əhalinin sayının 2100-cü ilə qədər artıq 8 milyarda düşəcəyini ehtimal etmək olar”, – deyə kitab müəllifləri qeyd ediblər. “Daily Mail”də yazılana əsasən, araşdırmaçılar dünyadakı ailə planlaması haqqında detallı şəkildə təsəvvürə malik olmaq üçün 26 ölkəni incələyiblər. Onların gəldiyi qənaətə görə, bir çox insan artıq kiçik ailə qurmağa üstünlük verirlər. Con İbbiton və Darrel Briker bununla dünyada gənc insanların da sürətlə azalacağını təxmin ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126709

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930