Ermənistanın Müdafiə Nazirliyi əsgər ölümünü gizlətdiyini etiraf etdi

10.02.2019 - 22:35

Ermənistanın Müdafiə Nazirliyi hərbçi Edqar Qriqoryanın ölümünün gizlədilməsi faktını etiraf edib. “Müddətli xidmət hərbçisi Edqar Qriqoryanın yeni il gecəsi ölümü barədə məlumat dərc edilməyib, lakin bununla birlikdə gizlədilməyib”. Virtualaz.org xəbər verir ki, bu bəyanatla özünün “Facebook” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan çıxış edib.
Bu məsələni “tert.am” portalı üçün Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan da şərh edib. “O zaman əsgərin ölümü barədə məlumat dərc edilsəydi, ola bilsin ki, bu, istintaqın gedişinə mane olardı”, – o bildirib. “İlkin istintaq aparılır və təfərrüatlar müəyyənləşdirilməlidir. Biz hadisənin hansı şəraitdə baş verdiyini bilmirik”, – nazir müavini əlavə edib.
* * *
“Bu günə qədər Ermənistanda yalnız ordu ona görə ən azı xəcalət çəkilməyəcək yeganə institut olaraq qalırdı. Heç olmasa, vətənin müdafiəçiləri arasında itkilər haqqında xəbər verilməsi kimi vacib prinsip qorunurdu. Bu, acı, lakin dürüst prinsip idi. Lakin indi məlum olur ki, ölkədə artıq bu prinsip də işləmir”, – virtualaz.org xəbər verir ki, bunu Ermənistan hakimiyyətinin orduda hərbçilərin ölüm hallarını gizlətməsi barədə məlumatı şərh edən “Yerkramas” erməni qəzeti yazır./Virtualaz.org/

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126755

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2019
BE ÇA Ç CA C Ş B
« Yan    
 123
45678910
11121314151617
18192021222324
25262728