AĞALAROVLARIN TƏŞKİL ETDİYİ GİZLİ GÖRÜŞ… – Trampın oğlu gizli telefonla kimlərə zəng vurub?

10.02.2019 - 23:06

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvləri 2016-cı ilin iyun ayında Nyu-Yorkdakı “Trump Tower” də indiki prezident Donald Trampın oğlu ilə Kremlə bağlı olduğu təxmin edilən rusiyalı vəkil Natalya Veselnitskaya arasında baş tutmuş görüşə dair telefon danışıqlarını əldə etmək üçün məhkəməyə müraciət hazırlayır. Virtualaz.org Amerika KİV-lərinə istinadən xəbər verir ki, müraciət Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsində tərtib edilib.

Xatırladaq ki, həmin görüş Tramp-Rusiya gizli sövdələşməsini araşdıran xüsusi prokuror Robert Müllerin təhqiqat predmetidir. Görüş azərbaycan əsilli rusiyalı biznesmen Araz Ağalarov və oğlu Emin Ağalarovun dəstəyi ilə təşkil olunub. Kiçik Donaldın rusiyalı vəkillə görüşməkdə məqsədi ondan Hillari Klinton barədə kompromatlar almaq idi. Lakin sonradan o, Konqresə verdiyi ifadədə deyib ki, görüş başlayanda Veselnitskayanın əlində heç bir kompromatların olmadığı bəlli olub. Hazırda Emin Ağalarovun adı da bu təhqiqatda keçir və biznesmen-müəğnni həbs oluna biləcəyindən ehtiyat edərək ötən ay Amerikaya planlaşdırdığı konsert turnesini təxirə salmalı olmuşdu.

Bu günlərdə Amerika telekanalları xəbər veriblər ki,  Trampın oğlu həmin görüşdən əvvəl və dərhal sonra gizli telefon nömrəsi ilə kimlərəsə zəng vurub. Və belə ehtimal edilir ki, onun telefon əlaqəsi saxladığı şəxslərdən biri Rusiyadan olub, digəri isə ola bilsin atası Donald Tramp idi.

CNN telekanalı isə həmin telefon danışıqlarının prezidentin oğlunun biznes tərəfdaşları ilə aparıldığını bildirir. Demokratların Nümayəndələr Palatasında üstünlüyü ələ aldığı indiki vaxtda kəşfiyyat üzrə komitənin rəhbəri Adam Şiff Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair təhqiqatı yenidən bərpa edib. Və o, Trampın oğlunun telefon danışıqlarının Konqresə təqdim edilməsi barədə məhkəmə iddiası qaldırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126761

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2019
BE ÇA Ç CA C Ş B
« Yan    
 123
45678910
11121314151617
18192021222324
25262728