Trampa qarşı 8 milyonluq iddia
ABŞ Prezidenti Donald Tramp öz fondunun qeyri-qanuni maliyyə əməliyyatlarına görə 5.6 milyon dollar cərimələnməlidir. Cumhuriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Nyu Yorkun Baş prokuroru Letisiya Ceyms deyib.
Ceymsin sözlərinə görə, Tramp qeyri-qanuni əməliyyatlar nəticəsində dəymiş ziyanın qarşılığında daha 2.8 milyon dollar ödəməlidir. Baş prokuror fondun vəsaitlərindən qeyri-qanuni istifadəni Trampın övladlarının da təsdiqlədiyini bildirib. O, həmçinin dövlət ittihamçılarına təqdim olunan yazışmalardan da sübut kimi istifadə edilə biləcəyini qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=127365