Qazaxıstanda Nazarbayev adına etiraz edənlər həbs olundu

21.03.2019 - 23:39

Qazaxıstan paytaxtında polis 20-dək adamı saxlayıb. Onlar paytaxt Astananın adının Nursultan qoyulmasına etiraz ediblər. Hadisə yerində olan müxbirlərin məlumatına görə, mitinq iştirakçıları və şəhərin adının dəyişdirilməsini dəstəkləyənlər arasında dava-dalaş başlayınca polis müdaxilə edərək etirazçılardan bir neçəsini saxlayıb.
Artıq internetdə şəhərin adının (xalqla legitimi müzakirə aparılmadan) dəyişdirilməsinə qarşı minimum iki petisiya yaradılıb. Onlardan birinə 2 minədək, digərinə 29 mindən artıq səs verilib. Martın 20-də Qazaxıstan parlamenti Astananın adının Nursultan qoyulmasını iki oxunuşda təsdiqləyib. Bu təklifi həmin gün prezident postunda and içən Qasym-Zhomart Toqaev verib.
Bu, son 25 ildə ikinci addəyişmə olacaq. 1961-ci ilədək Akmolinsk, 1992-ci ilədək Selinoqrad, 1992-97-ci illərdə Akmola adlanan şəhərə 1998-ci ildə Astana adı verilib. Nursultan Nazarbaev martın 19-da prezidentlik postundan istefa verib. Tokaev 2020-ci ilədək bu vəzifədə qalacaq, sonra yeni seçki keçirilməlidir.
Qazaxıstanın prezidenti postuna namizədlər sırasında Nazarbaev-in qızı Darigha-nın da adı çəkilir. O, martın 20-də parlamentin spikeri seçilib. Daha öncə spiker postunda Tokaev idi. Nazarbaev Təhlükəsizlik Şurasına və hakim partiyaya sədrliyi saxlayır. Ölkənin əsas inkişaf istiqamətlərini elə Təhlükəsizlik Şurası müəyyənləşdirir. Şuraya sədrliyi saxlamaqla Nazarbaev əvvəlki kimi ölkənin kadr və strateji siyasəti idarə edə biləcək.(Azadlıq Radiosu)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127427

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031