Trampın ÜÇ HƏDƏFİ və yeni müharibə: Rusiyadan QORXUNC XƏBƏRDARLIQ

22.03.2019 - 11:38

Rusiya heç vaxt İsrailin Qolan təpələri üzərindəki hakimiyyətini tanımayacaq. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Oleq Morozov deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp beynəlxalq ictimaiyyəti və ərəb dünyasını ciddi şəkildə qıcıqlandırır.
Senator qeyd edib ki, bu məsələdə Trampın üç hədəfi var. “Birincisi, İsrail özünə daha sıx bağlamaq. İkincisi, ərəb dünyasını parçalamaq. Bu məsələdə kimsə susacaq. Bu, onu ABŞ-a bağlayacaq və sözügedən məsələdə ərəb birliyini zəiflədəcək. Üçüncüsü, Suriyaya və onun Rusiya ilə əməkdaşlığına zərbə vurmaq”, – siyasətçi bildirib.
Federasiya Şurasının beynəlxalq komitəsinin sədr müavini Vladimir Cabarov qeyd edib ki, Suriyada sülh nizamlanmasının başlanması ABŞ-ı qane etmir və buna görə də onlar regionda gərginliyin yüksəldilməsi üzrə hərəkətlərə təşəbbüs edirlər.
“Yaxın Şərqdə vəziyyət sakitləşməyə doğru gedəndə, Suriyada sülh nizamlanması prosesi başlananda ABŞ dərhal atəşə yağ tökməyə çalışır. Bu regionda sülh amerikalılara lazımlı deyil, onlara müharibə və xaos lazımdır, onlar öz silahının satışında maraqlıdırlar”, – senator qeyd edib. O təəssüfünü ifadə edib ki, Trampın düşünülməmiş fikri ərəb dünyasında kövrək tarazlığın pozulmasına gətirib çıxara bilər. Cabarovun sözlərinə görə, İsrailə qarşı provokasiyalar və toqquşmalar başlana bilər.
Qeyd edək ki, Tramp İsrailin Qolan təpələri üzərində hakimiyyətini tanıyacağını bəyan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127456

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930