Avropada iyrənc provakasiya – Quran kitabı yandırıldı + VİDEO

23.03.2019 - 08:09

Danimarkada Parlament binası qarşısında bir qrup müsəlman icazəli mitinq keçirib.Qafqazinfo” “Anadolu” agentliyinə istinadla xəbər verir ki, onlar Yeni Zelandiyada ötən həftə törədilən terror aktına etiraz olaraq keçirilən mitinqdən sonra bina qarşısında Cümə namazı qılıblar.

Bunu həzm edə bilməyən radikal anti-islamçılar öncə avtomobillərdə yüksək səs çıxararaq namaza mane olmağa çalışıblar. Əllərində İsrail bayrağı daşıyan həmin şəxslər bununla da kifayətlənməyiblər. Belə ki, Miqrant və İslam əleyhinə sərt hərəkatın lideri Rasmus Paludan Qurani-Kərimi yandırıb. O, bu hərəkəti ilə müsəlmanları provakasiyaya çəkməyə çalışıb. Polislər ərazidə geniş təhlükəsizlik tədbiri görsələr də, Paludanın hərəkətinə də mane olmayıblar.

Qeyd edək ki, Danimarka İslama qarşı ən radikal mövqe tutan ölkələrdən biridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=127477

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728