Suriya İŞİD-dən tam azad olunub
Ağ evin mətbuat katibi Sara Sanders Suriya ərazilərinin İŞİD terror qruplaşmasından tam azad edildiyini bildirib. “Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, Sanders bunu Florida ştatına uçuşu zamanı deyib.
O əlavə edib ki, Pentaqonun rəhbəri vəzifələrinin icraçısı Patrik Şanahan da təyyarədə olub və ABŞ prezidenti Donald Trampa Amerika hərbçilərinin uğurları barədə məlumat verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=127481