Aralıq dənizində antitürk ittifaqı: Dünya Türkiyəyə qarşı hərəkətə keçdi

23.03.2019 - 08:57

Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Aleksis Çipras və Kiprin yunan kəsiminin lideri Nikos Anastasiadis arasında toplantı keçirilib. Cumhuriyyet.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, toplantıya ABŞ-ın dövlət katibi Mayk Pompeo da qatılıb.
Toplantıdan sonra birgə bəyanat yayılıb. Bir bəyanatda vurğulanıb ki, liderlər enerji müstəqilliyini və təhlükəsizliyini qorumaq və Şərqi Aralıq dənizində xarici mənfi amillərdən qorunmaq üçün əməkdaşlığı inkişaf etdirməyə qərar verib. ABŞ-ın bu toplantıya dəstək verməsi fərqli bir anlam daşıyır. Çünki Kiprin yunan kəsimi Aralıq dənizində ABŞ-ın dəstəyinə ehtiyac duyur.
Qeyd edək ki, Aralıq dənizində neft-qaz axtarışları Yunanıstan, yunan Kipri və İsrail liderlərini bir-birilərinə yaxınlaşdırıb. Toplantı öncəsi bu məsələ yunan mediasında geniş işıqlandırılıb. Yunan mediasında deyilmişdi ki, bəyanatda üçlü tandemin üçüncü ölkələrə qarşı bir-birilərinin müdafiəsini də dəstəkləyəcəyi şəklində bir ifadənin yer alması gözlənilir. Yunan mediası bunun Ankaraya dolayı yolla bir mesaj olacağını bildirmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127489

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930