Putinə şok: II Dünya müharibəsi ilə bağlı tədbirə çağırılmadı

24.03.2019 - 23:37

Polşada II Dünya müharibəsinin 80 illiyi ilə bağlı bu ilin sentyabrında tədbir keçiriləcək. Axar.az xəbər verir ki, diqqət çəkən məqam sözügedən tədbirə Rusiya Prezidenti Vladimir Putinin dəvət edilməməsi olub.
Polşa Prezidentinin müşaviri Pavel Muxa Putinin niyə dəvət edilməməsinə aydınlıq gətirib. O qeyd edib ki, tədbirə yalnız Avropa Birliyi və “Şərq Əməkdaşlığı”nın üzvləri dəvət edilib. Ona görə də Belarus Prezidenti Aleksandr Lukaşenko dəvət edilib, Putin isə yox: “Biz tarixi yolla getmirik, bütün dövlətləri dəvət etmirik. Məsələn, biz Yaponiyanı da dəvət etmədik”.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Polşanın sözügedən qərarını tarixin saxtalaşdırılması adlandırıb və bu qərarın hazırki Polşa hakimiyyətinin vicdanına yazıldığını bəyan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=127514

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728