Robert Müllerin hesabatı Trampın impiçment məsələsini yenidən alovlandıra bilər
ABŞ Ədliyyə naziri Uilyam Barr Rusiyanın ABŞ-a qarşı qeyri-qanuni fəaliyyətini araşdıran Robert Müllerin hesabatının Konqresə təqdim oluna biləcəyini söyləyib. Nümayəndələr palatasındakı Demokrat partiya çoxluğu isə artıq indidən impiçmentdən danışmağa başlayıb.
Palatanın xarici kəşfiyyat komitəsinin sədri Adam Şiff ABC News a verdiyi müsahibədə “Rusiyanın prezident seçkilərinə” müdaxiləsinə görə impiçment prosedurunun başlanmasının tamamilə mümkün olduğunu söyləyib.
O, bunun üçün hesabatda Donald Trampın günahkar olması barədə təkzibedilməz sübutların olması gərəkdiyini qeyd edib. Adam Şiff sənədlə tanış olmadan hər hansı bir qənaətə gəlməyin qeyri-mümkün olduğunu sözlərinə əlavə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=127532