Gürcüstanda tətil başladı

25.03.2019 - 10:37

Gürcüstanda sosial sahədə çalışan işçilər hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. “Report”un Gürcüstan bürosu xəbər verir ki, onlar iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Sosial Xidmətlər Agentliyinin bütün işçiləri Gürcüstan üzrə tətil elan ediblər. Sosial işçilər 22 tələb irəli sürüblər. Onların arasında əməkdaşların sayının artırılması, onların nəqliyyat vasitələri ilə təmin olunması, sosial xidmət mərkəzlərinin məhdud imkanlı şəxslər üçün adaptasiya edilməsi və digər tələblər var.
Onlar tələbləri yerinə yetirilməyənə qədər tətili davam etdirəcəklərini bildiriblər. Qeyd edək ki, Gürcüstanda 244 sosial işçi var.

Short URL: http://www.cumhuriyyet.net/?p=127558

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728