Rusların sayı sürətlə azalır: Rusiya demoqrafik çuxura düşüb? + VİDEO

27.03.2019 - 23:38

İqtisadçılar həyəcanla deyirlər ki, Rusiyada əmək qabiliyyətli əhali sürətlə azaldığından, yetərli işçi qüvvəsi çatışmır. İndi hamıya bəllidir ki, Rusiyada “qastrabayter” adlandırılan işçi qüvvəsindən istifadə olunur.
Yəni, Rusiya əsasən Tacikistan, Qırğızıstan və Özbəkistandan gələn işçilər hesabına fəhlə problemini həll etmiş kimi görünür. Ancaq məsələ təkcə bu problemin həll edilməsiylə yekunlaşmır, axı Rusiya əhalisinin sayı durmadan azalır. Hətta rəsmi orqanlar da, 2018-ci ildə əhalinin artımının azalmasını etiraf etmək məcburiyyətində qalıblar. “Rosstat”-ın məlumatına görə, 1 yanvar 2019-cu il tarixinə əsasən Rusiya əhalisinin sayı 146,7 milyon nəfərdir və bir il ərzində əhalinin sayı 86,6 min nəfər azalıb. Əgər hakimiyyət bu məsələni dilə gətirirsə, deməli vəziyyət daha pisdir. Çünki rəsmi təbliğat çox vaxt həqiqi rəqəmləri gizlətməyə çalışır. Amma indi 20-30 il bundan qabaqkı vaxt deyil və real informasiya əldə etmək imkanları xeyli genişlənib.
2018-ci ilin statistik göstəricilərinə əsasən, Rusiyadakı əhali sayının ən kəskin azaldığı yerlər Smolensk, Tambov, Pskov, Tver və Tula vilayətləridir. Ümumiyyətlə isə, 2000-ci ildən 2019-ci ilədək olan müddət ərzində əhali sayının ən çox azalması Maqadan vilayətinin (-28,7%), Komi respublikasının (-20,6%), Murmansk vilayətinin (-19,9%), Kirov vilayətinin (-17,4%) və Tver vilayətinin (-16,9%) payına düşür.
Depopulyasiyanın bir çox səbəbləri var. Bunların içərisində ənənəvi dəyərlərin itməsi nəticəsində ailənin bir institut kimi deqradasiyaya uğraması, sosial-iqtisadi çətinliklər üzündən uşaq sayının azalması, orta yaş həddinin aşağı olmasına görə, ölüm və doğum koeffisentindəki mənfi istiqamətin yaranması, gənclərin ölkəni tərk etməsi və sairə səbəblər var. Əlbəttə ki, biz burada Rusiya Federasiyasının özünəməxsusluğunu da yaddan çıxarmamalıyıq. Bu ölkə çoxmillətli respublikadır və iş ondadır ki, milli mənşəyinə görə ən çox rusların sayı azalır.
Rusların bir millət kimi içkiyə genetik aludəçiliyi hamıya bəlli olan faktdır. Rusiyadakı kişilərin başlıca ölüm səbəbi alkoqolla bağlıdır. Belə ki, Rusiya səhiyyə naziri Veronika Skvortsova deyib ki, ötən ilin statistikasına görə, ölkə əhalisinin hər 100 min nəfərinə 735 kişi ölümü qeydə alınıb. Bu isə Avropa üzrə müvafiq göstəricidən təxminən dörd dəfə çoxdur. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, kişi ölümlərinin əsas səbəbi alqoqollu içkilərin hədsiz qəbul ilə bağlıdır.
BMT proqnozlaşdırır ki, 2050-ci ildə Rusiya əhalisi 11 milyon nəfər azalacaq. Ancaq onu deyək ki, bir çox mütəxəssis Rusiya əhalisinin hal-hazırda 146 milyon yox, bundan təxminən 15-20 milyon az olduğunu iddia edir və həm də ki, ciddi faktlar ortaya qoyurlar. Aşağıda təqdim etdiyimiz videomateriallar Rusiyadakı mövcud demoqrafik vəziyyət barəsində daha geniş məlumat verir. (azpolitika.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127643

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930