Təbii fəlakət İrana 1 milyard dollara yaxın zərər vurub

28.03.2019 - 01:11

Son 50 ildə İranda bu miqyasda təbii fəlakət baş verməyib. Bu sözləri İran İslam Respublikasının prezidenti Həsən Ruhani mətbuata açıqlamasında deyib. O bildirib ki, dövlət tərəfindən seldən ziyan çəkənlərə bütün lazımı köməklik göstəriləcək.
Həlak olanların ailələrinə başsağlığı verən prezident bir neçə nazirin fəlakət bölgələrinə göndərdiyini qeyd edib. Xatırladaq ki, İranın cənub-qərbində yerləşən Fars vilayətinin Şiraz da daxil olmaqla bir neçə şəhərinə güclü sel böyük ziyan vurub. Şəhərlərin infrastrukturu tamamilə dağılıb. Təbii fəlakət nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb. Xilasedicilər ölənlərin sayının artacağı ehtimalını irəli sürüblər.
İranın qərbində yerləşən Lorestan vilayətində də çayların tüğyan etməsi və səkiləri su basması əhalinin gediş-gəlişində problemlər yaradıb. Lorestan valiliyi bu vilayətin bəzi məntəqələrinin infrastrukturlarına böyük xəsarətlərin dəydiyini bildirib.
İranın şimal-şərqində yerləşən Gülüstan vilayətində də yeddi gün yağan yağış nəticəsində Ağ Qala şəhərinə ciddi ziyan dəyib. Şəhərin infrastrukturu sıradan çıxıb. İranın hidrometeorologiya təşkilatı bildiribdir ki, Xuzistan, Buşehr, İlam, Fars, Kermanşah, Kürdüstan, Lorestan, Çaharmahal, Bəxtiyari və İsfahan vilayətlərində daşqının baş verməsi ehtimalı var. Aramsız yağışların davam etməsi yeni sel dalğasının olacağını deməyə əsas verir.
Ölkəyə dəyən zərərin miqdarı milyard dollar həcmindədir. (AzərTAc)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127676

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031