Paşinyanın sərhəddə sirli görüşü: O, nəyə işarə etdi?

28.03.2019 - 01:20

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl gürcü həmkarı ilə sərhəddə görüşmüşdü. O zaman bu görüş barədə açıqlama verilmədi. Axar.az xəbər verir ki, bu sözlər Atlas Araşdırmalar Mərkəzinin təhlilində yer alıb. Analitik məqalədə bildirilib ki, bu görüş təəccüb doğurdu, çünki sözügedən şəxslər bir müddət əvvəl görüşmüşdülər: “NATO-nun Gürcüstanda təlim keçirdiyi günlərdə Gürcüstanın baş nazirini sərhəddə erməni həmkarı ilə görüşməyə nə vadar edirdi? İndi Paşinyan elan edir ki, sərhəddə Ermənistanla Gürcüstan arasında xeyli birgə iqtisadi layihə müzakirə olunub. Əsas da nəqliyyat layihələrini və logistik mərkəzlərin tikintisini gündəmə gətiriblər. Bu arada, Paşinyanın Gürcüstanla əməkdaşlığa dair bu cümləsi diqqəti cəlb edir: “İki ölkə arasındakı əlaqələri geosiyasi təsirlərin kənarında saxlamaq olur, ancaq daha böyük layihələr müzakirə olunarkən geosiyasi təsirlər ön plana çıxır”.
Təhlildə bildirilib ki, Paşinyan “geosiyasi təsirlər” dedikdə, böyük ehtimalla, iki ölkəni nəzərdə tutur – Rusiya və Azərbaycan. Paşinyan anlayır ki, Ermənistan-Gürcüstan əlaqələrini Rusiyanın təsirlərinə görə inkişaf etdirmək çətindir. Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin olmaması Ermənistanın Gürcüstan üzərindən Rusiya ilə əlaqələrinə mənfi təsir edir: “Azərbaycan amili də var. Gürcüstanın əsas regional layihələri Azərbaycan və Türkiyə ilə bağlıdır. Ermənistan bu durumu dəyişmək gücündə deyil. Deməli, Paşinyanın bu vəziyyətdə məqsədi Rusiya və Azərbaycan təsirlərindən kənarda Gürcüstanla əməkdaşlığı inkişaf etdirməyin yollarını tapmaqdır. Ermənistanla hansı istiqamətlərdə əməkdaşlıq etmək Gürcüstanın daxili işidir. Ancaq Gürcüstanda onu da bilməlidirlər ki, bu əməkdaşlıq Azərbaycanda xoş qarşılanmır. Tiflis Paşinyanın da işarə etdiyi geosiyasi təsirləri nəzərə almalıdır. Bunun üçün isə Bakıdan Tiflisə zaman-zaman mesajlar göndərilməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127683

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930