Zelenski Ukraynanın yeni prezidentidir: Ekzit-pol nəticələri

21.04.2019 - 22:19

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatdı. Virtualaz.org xəbər verir ki, ölkə qanunvericiliyinə uyğun olaraq, saat 21:00-dan (Bakı vaxtı ilə) sonra ekzit-polların nəticələri açıqlana bilər.
Beləliklə, Ukrayna Milli ekzit-polunun nəticələrinə görə, Vladimir Zelenski 73,2%, Pyotr Poroşenko isə 25,3% səs toplayıb. Yerli “1+1” telekanalının ekzit-polunun nəticələrinə görə, Vladimir Zelenski 72,7%, Pyotr Poroşenko isə 27,3% səs toplayıb.
Yerli “112.Ukrayna” telekanalının ekzit-polunun nəticələrinə görə, Vladimir Zelenski 73,7%, Pyotr Poroşenko isə 26,3% səs toplayıb.
Beləliklə, indidən böyük ehtimalla demək olar ki, Vladimir Zlenski Ukraynanın yeni prezidenti seçilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=127913

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728