Qəzza Ramazan öncəsi qana boyandı: 18 fələstinli öldü, 110 yaralı var

05.05.2019 - 23:28

Sutka ərzində Qəzza zolağından İsrail istiqamətində 450-dən çox raket buraxılıb. Buna cavab olaraq İsrail ordusu fələstinlilərin 220 hərbi obyektinə zərbə endirib. TASS xəbər verir ki, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus deyib. O bildirib ki, Qəzza zolağından atılan raketlərdən 150-si “Dəmir gümbəz” hava hücumundan müdafiə sistemi vasitəsi ilə məhv edilib, raketlərin 70 faizi yaşayış olmayan ərazilərə düşüb. Konrikus əlavə edib ki, raket hücumu nəticəsində bir yaşlı kişi ölüb.
Son iki gündə İsrailin Qəzzaya atdığı raket zərbələri nəticəsində 18 fələstinli həlak olub. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl Kidra məlumat verib. “18 Fələstin vətəndaşı həlak olub, onlardan ikisi qadındır. Ana bətnində olan iki körpə də bu fəlakətə qurban gedib.110 nəfər yaralı var”,- deyə mətbuat katibi qeyd edib. İsrail bir sutka ərzində Fələstin tərəfinə 600 raket zərbəsi endirib, 300 məntəqə hədəfə alınıb. Fələstinin açdığı cavab atəşləri İsraildə 3 nəfərin ölümünə səbəb olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128012

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930