Möhtəşəm hücum: Erməni agentliyi DARMADAĞIN EDİLDİ
Türk hakerlər Ermənistanın ən böyük informasiya agentliyi olan Nyus.am (News.am) saytına hücum ediblər. Cumhuriyyet.az Axar.az-a istinadən xəbər verir ki, hakerlər Nyus.am-ın bütün məlumatlarını dağıdıblar və ana səhifəyə Türkiyə bayrağını yerləşdiriblər.
“CYBER WARRIOR (Kiber cəngavər) – Türkiyənin ən aktiv kiber müdafiə gücü” olaraq özlərini tanıdan hakerlər qeyd edib: “Bir gecə qəfildən gələ bilərik”.
Qeyd edək ki, News.am hələ də hücumu dəf edə bilməyib. Hücumu dəf edə bilməyən erməni informasiya agentliyi indi serveri söndürmək məcburiyyətində qaldı.
Short URL: http://www.cumhuriyyet.net/?p=128014