Rusiyadan növbəti ACI XƏBƏR – Çox sayda ölü var / VİDEO

06.05.2019 - 12:57

Rusiyanın Perm vilayətindəki zavodda partlayış baş verib. Cumhuriyyet.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 fəhlə həyatını itirib. Tələfatın artacağı istisna edilmir.

Kimyəvi maddələrin istehsal olunduğu zavodda qeydə alınan partlayışın səbəbləri araşdırılır. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, ötən gün Moskva-Murmansk marşrutu üzrə uçan təyyarə, texniki nasazlıq səbəbiylə “Şeremetevo” hava limanında təcili eniş edib. Laynerdə baş verən yanğın səbəbiylə 41 sərnişin həyatını itirib. Hadisə zamanı təyyarədə 73 sərnişin və 5 heyət üzvü olub.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=128046

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728