İmamoğlu xalqa səsləndi: “Ümidinizi itirməyin, hər şey çox gözəl olacaq”
YSK-nın (MSK) İstanbuldakı bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsinə martın 31-də keçirilmiş seçkidə İstanbul şəhər bələdiyyəsinin sədri seçilmiş CHP-li Əkrəm İmamoğlundan reaksiya gecikməyib. Strateq.az xəbər verir ki, o, sosial şəbəkədəki hesabında qərara münasibət bildirməzdən əvvəl xalqın Ramazan bayramını təbrik edib və gündəmdə xeyli mövzuların olduğunu yazıb: “Bu Ramazan Türkiyəyə xeyirlər gətirsin. Ölkənin ciddi iqtisadi sıxıntıları var. İşsizlik var. Bunları birlikdə aşacağıq. İndi hamı mənimlə bağlı qərarla maraqlanır. YSK-nın rəsmi açıqlamasını, onun detallarını gözləyirəm. O zaman düşüncələrimi daha ətraflı bəyan edəcəm”.
İmamoğlu bildirib ki, hər şey çox gözəl olacaq: “Ümidinizi heç itirməyin. Biriləri xəta edəcək, pis işlərə qarışacaqlar, ancaq biz ümidi daşıyacağıq”. Xatırladaq ki, YSK-nın qərarına əsasən, iyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=128060