MOSSAD məlumat yaydı: İran nəsə təxribat hazırlayır, Pentaqon rəhbəri hədələyir

07.05.2019 - 12:43

ABŞ-ın “Avraam Linkoln” təyyarədaşıyan gəmisini və bombardmançıların əməliyyat qruplaşmasını Fars körfəzinə göndərməsinin səbəbi İranın hansısa təxribat hazırlaması ilə bağlıdır. Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, İsrail kəşfiyyatı İranın körfəzdə “nəsə hücum hazırladığı” barədə ABŞ-a məlumat ötürüb. Lakin İranın planının nədən ibarət ola biləcəyi haqda heç nə məlum deyil.
ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanaxan deyib: “Birləşmiş Ştatların qüvvələri və bizim maraqlarımıza hər hansı hücuma görə İran məsuliyyət daşıyacaq”. Onun bu bəyanatından az əvvəl Ağ Ev İran sularına yaxın əraziyə təyyarədaşıyan kreyserin göndərildiyini elan etmişdi.
Şanaxan mayın 6-da Twitter-də yazdığı postda İranı habelə “hansısa qeyri-müəyyən təxribatlarda” ittiham edib:”Biz İran rejimini bütün təxribatları dayandırmağa çağırırıq. Biz ABŞ qüvvələrinə və ya bizim maraqlarımıza hər hansı hücuma görə İran rejimini məsul sayacağıq”.
Xatırladaq ki, ABŞ-ın Fars körfəzinə təyyarədaşıyan qruplaşması göndərdiyini prezidentin milli təhlükəsizlik müşaviri Con Bolton mayın 5-də açıqlayıb. “Bir sıra narahatedici və qızışdırıcı əlamətlər və xəbərdarlıqlara cavab olaraq Birləşmiş Ştatlar Mərkəzi Komandanlıq regionuna “USS Abraham Lincoln” Təyyarədaşıyan Zərbə Qrupunu və bombardmançı operativ qrupunu yerləşdirir”, – o bildirib.
Boltonun sözlərinə görə, Yaxın Şərq daxil olmaqla əraziyə hərbi qüvvələrin yerləşdirilməsində məqsəd İran rejiminə aydın və doğru mesajdır ki, Birləşmiş Ştatların və müttəfiqlərinin maraqlarına hər hansı hücum amansız qüvvəylə dəf olunacaq.
Bəyanatda qüvvələrin niyə indi yerləşdirilməsinə aydınlıq gətirilmir. Son zamanlar Vaşinqton İran hökumətinə təzyiqi artırıb, Tehranın regiondakı “ziyanlı” fəaliyyətinə son qoymaq istədiyini deyir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128104

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031