50 təyyarə və 6 min hərbçi məhv ediləcək – İrandan ŞOK TƏHDİD

13.05.2019 - 00:28

Fars körfəzinə göndərilən Amerika təyyarədaşıyanı hədəfdir. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) briqada generalı Əmir-Əli Hacızadə bildirib.
Onun sözlərinə görə, göyərtəsində 40-50 təyyarə və 6 min hərbi qulluqçu olan təyyarədaşıyan İran üçün hədəfdir.
Əmir-Əli Hacızadə daha əvvəl qeyd edib ki, Amerika hərbçilərinin regionda olması ciddi təhlükə təşkil edirdi, ancaq indi, təhlükə imkana çevrilib.
Bir həftə əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib ki, Birləşmiş Ştatlar İran sahillərinə “Avraam Linkoln” təyyarədaşıyan zərbəçi qrupunu və operativ bombardmançılar qrupunu göndərir. Onun sözlərinə görə, bu, İran rejiminə aydın siqnal olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=128158

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728