İşğal edilmiş ərazilər 24 saata azad ediləcək – İldırımsürətli MÜHARİBƏ PLANI

13.05.2019 - 12:30

Donbasın qaytarılması üçün bir gündən daha az lazımdır. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın Birləşmiş güclərin əməliyyat mərkəzinin keçmiş rəhbəri Sergey Nayev bildirib.
Onun sözlərinə görə, çox sürətli hərəkət etmək, Ukrayna sərhədinə çatmaq və orada möhkəmlənmək üçün bir gündən daha az lazımdır. Nayev həmçinin əlavə edib ki, Kiyevdə hazırda Donbas münaqişəsini hərbi yolla həll etməyi planlaşdırmırlar.
Qeyd edək ki, Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb. 2014-cü aprelin 14-dən hökumət gücləri Donbasda terrorçuluğa qarşı əməliyyatı keçirirdi. 2018-ci il aprelin 30-da anti-terror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə Donbasın reinteqrasiyası haqqında qanuna uyğun olaraq, Birləşmiş güclərin əməliyyatı başlanıb.
Donetsk və Luqansk vilayətlərinin bir hissəsi hazırda rusmeylli separatçılar tərəfindən nəzarət altındadır. Kiyev işğal prosesində Rusiyanın nizami qoşununun iştirak etdiyini və hazırda burada Rusiya hərbçilərinin olduğunu iddia edir. Moskva isə münaqişə tərəfi olmadığını, münaqişənin Ukraynanın daxili işi olduğunu bildirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128171

XƏBƏR LENTİ

20.07.2019Təbrik edirik

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031