Putin əkiz uşaq atası olub?

13.05.2019 - 12:57

Məşhur rusiyalı keçmiş gimnast Alina Kabayeva əkiz dünyaya gətirib. Axar.az xəbər verir ki, bu məlumatı “Dom2life” portalı yayıb. Məlumata görə, Kabayeva övladlarını mayın 7-də Moskvanın Kulakova adına Ginekologiya və Mamaçalıq Mərkəzində dünyaya gətirib.
Sayt dünyaya gələn uşaqların oğlan olduğunu bildirib. Keçmiş idmançının xəstəxanada xüsusi palatada qaldığı və hətta onunla eyni mərtəbədə olan şəxslərin xəstəxananın başqa yerlərinə köçürüldüyü vurğulanıb. Üstəlik, Kabayeva xəstəxanada qaldığı müddət ərzində tibb müəssisəsinin ətrafında çoxsaylı mühafizəçilərin keşik çəkdiyi və yad şəxslərin xəstəxanaya buraxılmadığı qeyd edilib. Həmçinin 36 yaşlı anaya qida Moskvanın elit restoranlarından birindən gətirilib.
Qeyd edək ki, 2008-ci ildən etibarən Alina Kabayeva ilə Rusiya Prezidenti Vladimir Putin arasında xüsusi münasibətlərin olması haqqında məlumat yayılır. Putin dəfələrlə bu məlumatı təkzib etsə də, Kabayeva bu barədə suallardan daim qaçır.
Bu dövr ərzində Putin öz həyat yoldaşından ayrılıb, Kabayeva isə gözlənilmədən böyük sərvət əldə edib və mühüm vəzifələrə yüksəlib.

Short URL: http://www.cumhuriyyet.net/?p=128181

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728