Poroşenko Panşinyanı yox etdi – FOTO

15.05.2019 - 11:56

Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilən sammitdə iştirak edən liderlərin fotosu gülüş doğurub. Axar.az xəbər verir ki, gülüşə səbəb Ermənistan Baş naziri Nikol Paşinyanın fotoda yeri olub. Belə ki, Şərq Tərəfdaşlığı və AB liderlərinin birgə çəkdirdiyi xatirə fotosunda Ukrayna Prezidenti Pyotr Poroşenkonun arxasında dayanan Paşinyan görünməyib.
Foto Avropa Birliyinə aid rəsmi saytlardan birində yerləşdirildikdən dərhal sonra Ermənistan tərəfinin kəskin etirazına səbəb olub. Etirazlardan sonra foto saytdan silinib. Ermənistanın “Past” qəzeti Paşinyanla bağlı belə fotonun qəsdən çəkildiyini və yayımlandığını iddia edib. Qəzet AB-nin bununla Paşinyanın Brüsseldəki siyasi tədbirlərdə iştirak etməməsinə reaksiya verdiyini bildirib.
AB-nin mesajının Paşinyana yox, birbaşa Ermənistan dövlətinə və onun xarici siyasətinə ünvanlandığı vurğulanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=128191

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728