SEPAH: “ABŞ ilə müharibənin astanasındayıq”

17.05.2019 - 00:32

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Hüseyn Səlami ABŞ və müttəfiqləri ilə müharibə astanasına gəldiklərini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, hərbi mərasimdə çıxış edən general İslam inqilabının heç olmadığı qədər həssas bir dönəmdən keçdiyini bildirib: “Düşmən bütün gücünü bizimlə qarşı-qarşıya gəlmək üçün istifadə etməkdədir. Bu proses İslam inqilabının taleyini müəyyənləşdirəcək”.
ABŞ-ın “qırmızı xətt”i keçdiyini söyləyən general onların “içi boş sümük yığınından” ibarət olduğunu deyib. Qeyd edək ki, ABŞ Dövlət Departamenti İraqda fəaliyyət göstərən şəxsi heyətə İranla gərginlikdən dolayı dərhal ölkəni tərk etmək üçün təlimat verib. İran nüvə proqramı üzrə imzaladığı Əhatəli Razılaşma Müqaviləsinin bəzi öhdəliklərinin icrasını dayandırdığını rəsmi olaraq elan edib.
İran və “altılıq” ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı Prezident Donald Tramp imzalayıb. ABŞ İranla yeni saziş bağlanmayana qədər bu ölkəyə qarşı sanksiya tətbiq edəcəyini bildirib.
Xatırladaq ki, ABŞ İrandan gələn təhdidlərə qarşı tədbir məqsədi ilə “USS Abraham Linkoln” təyyarə gəmisi ilə 4 nüvə tutumlu “B-52” bombardımançı təyyarələrini Fars körfəzinə göndərib.

Short URL: http://www.cumhuriyyet.net/?p=128267

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728