Rusiya yeni müharibəyə hazırlaşır, Qərb istiqamətində qoşun cəmləşdirilir

20.05.2019 - 00:42

Estoniyanın müdafiə naziri Yuri Luyk Rusiyanın qərb istiqamətində yeni hərbi münaqişəyə hazırlıq gördüyünü bəyan edib. Virtualaz.org Baltik KİV-lərinə istinadən xəbər verir ki, nazir bu barədə keçmiş prezident Lennart Merinin xatirəsinə həsr edilmiş konfransdakı çıxışı zamanı deyib.
Luyk bildirib ki, Rusiya Qərb hərbi dairəsində 2018-ci ildə 7 yeni polk formalaşdırıb. Həmin polklar Estoniya ilə sərhədin cəmi 50 kilometrliyində dislokasiya olunub. Nazir hesab edir ki, Moskva SSRİ-nin mövcudluğunun son illərində əldən verdiyi qlobal hərbi əhatəni bərpa etməyə çalışır. Müdafiə nazirinin sözlərinə görə, Rusiya yaxın illərdə NATO-nun zəifləyəcəyini hesablayır və öz planlarını bu hesablar üzərində qurur.
Estoniya müdafiə nazirinin sözlərinə görə, belə bir vəziyyətdə Avropada Rusiyaya qarşı sanksiya təzyiqlərinin yumşaldılması meylləri müşahidə olunur ki, bu da narahatlıq doğurur. Luyk deyib ki, Avropa Şurasının Moskvanın bu təşkilatdakı səs hüququnu bərpa etmək niyyətində olması narahatedicidir və belə getsə Rusiyaya qarşı sanksiyaların da ləğv edilməsi gündəmə gətirilə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=128369

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728