Paşinyanın oğlu İrəvana qayıtdı – Və anası açıqlama verməyə məcbur oldu

27.05.2019 - 14:00

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda hərbi xidmət keçən oğlu İrəvana qayıdıb. “AzPolitika.info” xəbər verir ki, bu məlumat Ermənistan mətbuatında birmənalı qarşılanmayıb. Mətbuatda bunu baş nazirin oğluna xüsusi imtiyazlar yaradılması ilə izah edənlər olub.
Nəticədə Paşinyanın arvadı Anna Akopyan oğlunun İrəvana gəlməsi səbəblərilə bağlı jurnalistlərin suallarını cavablandırmalı olub.
O, deyib ki, oğlu İrəvana sadəcə, hərbi hazırlıq məqsədilə gətirilib və ona qanunda nəzərdə tutulduğu kimi, yalnız bir günlüyə evə gəlməsinə icazə verilib: “O, Qarabağa qayıdacaq və xidmətini davam etdirəcək. Bizim oğlumuz adi əsgər kimi xidmət keçir və yoldaşlarından heç nə ilə fərqlənmir…”
Qeyd edək ki, erməni mediasında və sosial şəbəkələrdə baş nazirin oğlunun Qarabağdan geri çağırıldığı və İrəvandakı Sovetaşen hərbi hissəsində xidmətini davam etdirdiyinə dair xəbərlər yayılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=128592

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728