Rusiyadan ABŞ-a Türkiyə mesajı: S-500 ləri ortaq istehsal edəcəyik

27.05.2019 - 23:45

Rusiya S-500 hava hücumundan müdafiə komplekslərini Türkiyə ilə birgə istehsal edəcək. Publika.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Rusiya Araşdırmalar İnstitutunun informasiyasına görə, nazir S-400 zenit raket komplekslərinin iyun ayında Türkiyəyə təhvil veriləcəyini deyib.
“Türkiyə ilə S-500 zenit raket kompleksini də ortaq istehsal edəcəyik. Bircə ədəd S-500 batareyası belə Türkiyənin bütün hava məkanını xarici hücumlardan qorumağa kifayət edər. Türkiyə özünün elan etdiyi iqtisadi bölgələrini Şərqi Aralıq dənizindən gələ biləcək Amerika təhdidlərinə qarşı müdafiə etmək iqtidarındadır. Çünki Türkiyənin əlində milli istehsalı olan “Hisar” hava hücumundan müdafiə batareyaları var. Amerika gecikdiyini yeni-yeni bilir. Lakin nə edirsə-etsin, Türkiyə öz torpaqlarına raket qalxanı yerləşdirəcək. Amerikanın həmlələri Türkiyənin dostu olan ölkənin hərəkətləri deyil. Bunu dünya öyrəndi. Türkiyə də artıq ABŞ-ın əmr verdiyi ölkə deyil. Tam müstəqil, yeni bir gücdür. Vaşinqton da bunu qəbul edəcək ”, – Şoyqu qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=128599

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728