II İlya Keşikçi Dağı ilə bağlı bəyanat yaydı

27.05.2019 - 23:47

Gürcüstan patriarxı II İlya Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı bəyanat yayıb. Patriarx Gürcüstan və Azərbaycan arasında intensiv danışıqların ədalətli qərarla yekunlaşacağına ümidvar olduğunu bildirib.
II İlya müraciətində Gürcüstan və Azərbaycan hakimiyyətini iki dövlət və xalq arasındakı dostluq münasibətlərinin qorunub saxlanılması və dərinləşdirilməsi məqsədilə intensiv danışıqlar aparmağa çağırıb. O, məbəd kompleksi ilə bağlı danışıqlarda kilsənin fəal şəkildə iştirak etməyə hazır olduğunu bildirib: “Ümid edirik ki, hər iki tərəf problemin həllinə nail olacaq. Bununla yanaşı Azərbaycan dövləti və xalqını Müstəqillik günü münasibətilə təbrik edərək, əmin-amanlıq və tərəqqi arzu edirik”.
Patriarx hər kəsi məsələ ilə bağlı gərginlik yaratmamağa və təmkinli olmağa çağırıb (Report).

Short URL: http://www.cumhuriyyet.net/?p=128601

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728