Paşinyan küsüb Qazaxıstandan çıxıb? – Suallara cavab verməkdən imtina edib

29.05.2019 - 22:27

Xəbər verildiyi kimi, Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya İqtisadi İttifaqının iclası keçirilir. İclasda Ermənistanı baş nazir Nikol Paşinyan təmsil edirdi. Lakin Paşinyan gözlənilmədən səfər qrafikinə dəyişiklik edərək, Ermənistana qayıtdığı barədə məlumat yayılıb.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan KİV-ləri baş nazirin qəfildən səfər çərçivəsində nəzərdə tutulan görüşlərdən imtina edərək, İrəvana yola düşdüyünü yazıb. Belə ki, Paşinyanın iclasdan sonra Qazaxıstanda yaşayan erməni iş adamları ilə görüşü və digər tədbirlərdə iştirakı nəzərdə tutulurdu. Lakin bu görüş baş tutmayıb.

Məlumatda deyilirdi ki, o, həmçinin mətbuat nümayəndələrilə görüşdən və suallara cavab verməkdən də imtina edərək, sadəcə standart yazılı bəyanat yayıb. Qazaxıstan XİN təmsilçisi Aybek Sadiyarov məlumat verib ki, Paşinyan artıq aeroporta yollanıb. Ancaq onun nədən belə tez-tələsik Ermənistana dönməsi barədə məlumat verilmirdi.

Xatırladaq ki, toplantıda Belarus, Qazaxıstan, Qırğız Respblikası və Rusiya liderləri iştirak ediblər. İclas başlamazdan əvvəl Nursultan Nazarbayev Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin və Qırğız Respublikasının prezidenti Sooranbay Jookayevi “Nursultan” ordeni ilə təltif edib. Nikol Paşinyan isə bu ordenə layiq görülməyib. Paşinyanın məhz bu səbəbdən “inciyib” getdiyi də ehtimal edilirdi.

Ancaq bu xəbər erməni KİV-lərində yayıldıqdan bir müddət sonra Paşinyanın mətbuat katibi Vladimir Karapetyan rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, baş nazirin səfər qrafikində dəyişiklik edilməyib və nəzərdə tutulan görüşlərin keçirilməsi planlaşdırılır.

Əslində nə baş verdiyi, niyə Paşinyanın səfəri barədə belə ziddiyyətli məlumatlar yayıldığı hələlik bilinmir. Ancaq böyük ehtimalla erməni baş nazirin Qazaxıstan paytaxtına səfərində hansısa narazılıq, yaxud problem yaşanıb. Çünki demək olar əksər erməni KİV-ləri səfərin yarımçıq dayandırıldığı barədə məlumat yayaraq, hətta Qazaxıstan XİN təmsilçisinə istinad etmişdilər.

“AzPolitika”

Short URL: http://www.cumhuriyyet.net/?p=128638

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728