Çexiyada nə baş verir? – Azərbaycanlı jurnalist Praqadan yazır

07.06.2019 - 10:14

Çexiyanın paytaxtı Praqada yaşayan jurnalist Rövşən Əliyev hazırda Çexiyada baş verən hadisələrlə bağlı qeydlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. Musavat.com müəllifin hadisələrin qaynar nöqtəsində olduğunu və jurnalist kimi peşəkarlığını nəzərə alaraq, onun statusunu dərc edir:
“Çexiya hökumətinə qarşı Praqada başlayan kütəvi etirazlar haqda Azərbaycanda gedən söhbətlər xeyli təhrif olunub.
Belə xəbər dolaşır ki, hökumət Avropa Birliyindən yüz milyonlarla avro oğurlayıb, xalq etiraz eləyir.
Xalq fil qulağında yatmayıb ki, onun hökuməti yüz milyonlarla avronu yeyəndən sonra ayılsın. Xeyr. Çexlər elə birinci milyon yeyiləndə ayağa durardılar. Ölkənin və ya Avropa Birliyinin fondlarının tamam dağıdılmasını gözləməzdilər.
Bəs etirazlar nəyə görədir?
Ölkənin indiki baş naziri Andrey Babiş 20 il boyunca 250 firmanı birləşdirən Agrofert konqlomeratını qurub. O, 2017-ci ildə baş nazir olandan qabaq həmin konqlomeratın idarəçiliyini vermişdi trasta. Əgər belə eləməsəydi, maraqların toqquşması problemi yaranardı. (Maraqların toqquşması universal termindir, hər bir mədəni xalq bunu güdməlidir. Son vebinarımız bu anlayış barədə idi, yenijurnalist .orq saytından təkrar dinləyə bilərsiniz.)
Bu yaxınlarda Avropa Komissiyası belə bir rəy verib ki, Babişin öz konqlomeratının idarəçiliyini trasta verməsinə baxmayaraq, o bir baş nazir kimi bura ayrılan AB və çex fondlarına təsir eləyə bilər, deməli ortada maraqlaırn toqquşması var.
Adamlar Babişin yeni təyin elədiyi ədliyyə nazirinin baş nazir haqda əvvəlki istintaqın aparılmasına təsirindən şübhələnmişdilər. Bu istintaq neçə ildir gedir və Babişin bir firmasının on il qabaq Avropa Birliyindən 2 milyon avro subsidiya alması ilə bağlıdır. Babiş öz sahibliyini gizlətsə də, həmin firmanın faktik ona məxsus olsuğu aşkar edilmişdi.
Yəni bu çexlər fil qulağında yatmayıblar ki, hansısa vəzfəli onun ölkəsini talasın, pablik fondları yesin. Sadəcə, şübhələnirlər ki, bu adam vəzifəsindən istifadə eləyib biznesini irəlilədə bilər. Ortada maraqların toqquşması var. Şübhələr var.
100 milyonluq korrupsiya olsaydı, çexlər indiyəcən Babişin dədəsini dalına şələləmişdilər.
Bu arada Babiş Avropa Birliyini tənqid eləyib. Deyib ki, o, Çexiyann dövlətçiliyinə qarşı çıxır”.
Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128816

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930