Rusiyada dünyanı dəhşətə gətirəcək silah hazırlanır
Rusiya Müdafiə Nazirliyinin “Zvezda” jurnalında nəşr olunan bir məqaləyə istinad edən “pravdareport” saytı yazır ki, Rusiya dünyanın ən dəhşətli silahını-“Grazer”i inkişaf etdirir. Bu silah qravitasiya dalğaları yaradır və Yer kürəsinə yaxın orbitdən düşmənin raket sistemlərini, sualtı gəmilərini vura bilir.
Musavat.com xəbər verir ki, bu tip silahların istifadəsi zamanı təbiətə ciddi ziyan dəymir, çünki “Grazer” nüvə silahında olan dağıdıcı xüsusiyyətlərə malik deyil. Məqalədə deyilir ki, “Grazer” sistemi kvant mexanikası nəzəriyyəsinə əsaslanır. Bu silahın ideyası belaruslu alim Albert Veinikə məxsusdur. 1980-ci illərdə bu cür silahların inkişafı ilk dəfə müzakirəyə çıxarılıb.
Məqalənin müəllifləri Vladimir Leonov tərəfindən hazırlanmış “kvant mühərriki” haqqında da söhbət açırlar. Onun bu sahədə apardığı elmi araşdırma gələcəkdə ən dəhşətli silahı yaratmaq üçün yeni perspektivlər açır. Qeyd edək ki, Leonovun ideyaları Sovet İttifaqında qəbul edilməyib və belə bir alimi o vaxt şarlatan adlandırırdılar.
Vladimir Leonov
Bu ilin mart ayında “Aerospace Sfera” jurnalında Rusiyada qeyri-raket və reaktiv olmayan “kvant mühərriki” nin ixtirası haqqında məqalə dərc edilmişdi. Nəşrdə bildirilib ki, 2018-ci il martın 3-də mühərrik uğurla sınaqdan keçib. Ancaq bir çox mütəxəssis dərhal məqaləni tənqid etdi və belə bir ixtiranın bəşəriyyətə məlum olan bütün fizika qanunlarına zidd olduğu iddia edildi.
Qeyd edək ki, Vladimir Leonov hazırda Rusiyanın üzdə olan alimlərindən biridir. Onun araşdırmaları Qərb ölkələrində də maraqla izlənilir. NASA da “kvant mühərriki”nə ciddi maraq göstərir.
Elbəyi Həsənli, Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=128853