Ukrayna paytaxtının adı dəyişdirildi

13.06.2019 - 10:53

Hotel Ukraine. Kiev, Ukraine

ABŞ-ın Coğrafi Adlar Şurası özünün beynəlxalq bazasında Ukrayna paytaxtı Kiyevin adını dəyişdirərək Kyiv edib. Axar.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ukraynanın ABŞ-dakı səfirliyi yayıb. Səfirlik bu qərardan sonra artıq beynəlxalq aləmdə və ABŞ-da rəsmi şəkildə Kyiv adının istifadə ediləcəyini bildirib: “Bu dəyişiklik fövqəladə vacib əhəmiyyətə sahibdir. Belə ki, bu addan artıq təkcə ABŞ-da yox, bütün beynəlxalq aviareyslər və xarici hava limanlarında da istifadə ediləcək. Belə ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası məhz ABŞ Coğrafi Adlar Şurasının bazasından öz uçuş nöqtələrinin adlarının təyini üçün istifadə edir”.
Qeyd edək ki, “Kiyev” (Kiev) adı “Kyiv” olaraq şuranın bazasında iyunun 17-dən etibarən yerləşdiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128945

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930