Əkrəm İmamoğlu ilə xanımının tanışlıq hekayəsi – Foto

18.06.2019 - 00:46

İyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək CHP partiyasının namizədi Əkrəm İmamoğlunun xanımı Dilek Kaya Türkiyə mətbuatına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, müsahibəsində şəxsi həyatından, İmamoğlu ilə tanışlığından söz açıb.
Trabzonda doğulduğunu bildirən Dilek Kaya, orta məktəbi İstanbulda oxuyub. O, litseyi bitirdikdən sonra Əkrəm İmamoğlu ilə tanışıb olub və evlənib. Bu izdivacdan cütlüyün iki oğlu və bir qızı dünyaya gəlib.

Dilek Kaya evli ola-ola təhsilini davam etdirib. İlk oğlu Selim dünyaya gələndə isə universitetə qəbul olub. İkinci uşaqda magistratura, 3-cüdə isə doktoranturada oxuyub.

Ekrem imamoglu ve ailesi 1

Dilek Kaya deyir ki, İmamoğlu ilə 1993-cü ildə bacısının toyunda tanış olublar. Əkrəm bəy Dilek xanımın qardaşının dostu imiş:

Ekrem imamoglu ve ailesi 2

“Onu toya qardaşım dəvət etmişdi. Mən ortalarda gəzən bir qız idim. Sonra Əkrəm bəy bizim iş yerimizi ziyarətə gəlmişdi. Məni orada görüb təəccüblənmişdi. Məni işçi hesab edib, ailə dostumuzdan soruşmuşdu ki, “bu qızın burada nə işi var?” Ailə dostumuz da qəti şəkildə bildirmişdi ki, o qızla işin olmasın. Amma Əkrəm bəyə kim mane ola bilərdi ki? Sonra da tanışlığımız başladı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128983

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930