Qazaxıstanda Ermənistan nömrələri daşıyan avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

04.07.2019 - 13:34

Konkret.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, daxili işlər naziri Yerlan Turqumbayev ölkədə erməni, qırğız və rus nömrələrlə sürülməsinə icazə verilən avtomobillərin müvəqqəti qeydiyyata alınması planlarından danışıb. Nazir deyib: “Ermənistan, Qırğızıstan və Rusiya qeydiyyatında olan maşınlarla bağlı bir çox şikayətlər var”. Yol hərəkəti qaydaları pozanlar arasında bu avtomobil sahiblərinin sayı daha çoxdur. Onun sözlərinə görə, belə hallara qarşı ciddi tədbirlər görülmür, çünki Qazaxıstanda bu nəqliyyat vasitələri qeydə alınmayıb. “Onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar – sərnişin daşıyırlar, 10 gündən artıq müddət ərzində respublikamıza gətirilən bu cür maşınların məhdudlaşdırılması və məcburi müvəqqəti qeydiyyata alınmasını təklif edirik”.

Qeyd edək ki, Qazaxıstan ərazisində uzun müddət fəaliyyət göstərən Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdə qeydə alınmış nəqliyyat vasitələrinin məcburi müvəqqəti qeydiyyata alınması məsələsi hazırda bütün dövlət hakimiyyəti orqanları və ictimai birliklərlə müzakirə olunur. Bu halda, onun həyata keçirilməsi üçün “Yol hərəkəti haqqında” Qanuna əlavə və dəyişikliklər edilməlidir. Müsbət bir qərar çıxdıqda, bu məsələ Qazaxıstan Respublikası Parlamentinə qanunvericilik fəaliyyəti çərçivəsində təqdim olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=129169

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728