ABŞ-ın daha bir müttəfiqi Rusiyanı seçir
ABŞ Pakistan-Rusiya münasibətlərinə təsir edə bilməz. İslamabad Moskva ilə münasibətlərindən razıdır və bütün sferalarda əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Bunu RİA Novosti-yə açıqlamasında Pakistan Xarici İşlər Nazirliyinin keçmiş katibi Riyaz Hokar deyib.
“Rusiya ilə münasibətlərimiz əhəmiyyətli dərəcədə yaxşılaşıb. Rusiyaya bizə yardım etdiyi üçün minnətdarıq. Pakistan Rusiya ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyir”, – deyə o bildirib.
Hokar başqa ölkələrin Rusiyadan qorxmasının heç bir əsası olmadığını deyib. O əslində, Avropanın Moskva ilə yaxınlaşmaq istədiyini, amma buna ABŞ-ın təsir etdiyini söyləyib.(Virtual Azərbaycan)
Short URL: http://www.cumhuriyyet.net/?p=129457