Qazaxıstan Prezidenti Müdafiə nazirinə şiddətli töhmət verdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Arıs şəhərindəki sursat anbarında baş vermiş partlayışla əlaqədar ölkənin Müdafiə naziri Nurlan Yermekbayevə şiddətli töhmət elan edib.
Qazaxıstan hökumətinin geniştərkibli iclasında dövlət başçısı başverənlərə görə günahkar olanlarının hamısının cəzalandırılmalı olduğunu vurğulayıb.
“Report” xatırladır ki, iyunun 24-də səhər saatlarında Arısda yerləşən hərbi hissənin sursat anbarında yanğın baş verib və bu, partlayışlara səbəb olub. İkisi hərbçi olmaqla, üç nəfər ölüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=129504