Robert Koçaryanı zaminə buraxan hakimin kabinetində axtarış aparılıb

17.07.2019 - 16:35

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı zaminə buraxan məhkəmənin hakimi David Qriqoryanın kabinetində axtarış aparılıb və qapısı möhürlənib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan məlumatı təsdiqləyib.

O, məsələ ilə bağlı əlavə məlumat vermədən deyib: “Axtarış bizim nəzarətimizdə olan iş çərçivəsində aparılıb”.

Qeyd edək ki, mayın 20-də Yerevan məhkəməsinin hakimi David Qriqoryan Koçaryanın zaminə buraxılması barədə qərar qəbul etmişdi. İyunun 25-də isə Apelyasiya Məhkəməsi Qriqoryanın qərarını ləğv edərək keçmiş prezidenti yenidən həbs edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129710

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930