“Balacaboy” ləqəbli narkobarona ömürlük həbs və 12,6 milyard dollarlıq cərimə…

18.07.2019 - 12:55

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayon məhkəməsi “El Çapo” (Balacaboy) ləqəbli meksikalı narkobaron Xoakin Qusmanı ömürlük həbs cəzasına məhkum edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Xoakin Qusman bundan başqa 12,6 milyard dollar cərimə də ödəməlidir.
Meksikanın ən böyük “Sinaloa” narkokartelinin 62 yaşlı lideri iki dəfə həbsxanadan qaçması ilə tanınır.

Qeyd olunur ki, hələ bu ilin fevral ayında münsiflər məhkəməsi onu narkotiklərin qeyri-qanuni dövriyyəsi və çürkli pulların yuyulması cinayətlərindən dolayı ittiham aktındakı bütün müddəalar üzrə günahkar bilmişdi. Məhkəmədə X.Qusmanın 25 il ərzində ABŞ-a kokain və digər narkotirklər daşıdığı sübuta yetirilib. Bundan başqa, narkobaron bir çox insanın qətlində və işgəncələr etməkdə təqsirkar hesab olunub.
“El Çapo”nun vəkilləri onun digər narkotik tacirlər tərəfindən satıldığını və onların bununla bütün cinayətləri müvəkillərinin üzərinə yıxmaq istədiklərini söyləyiblər. Qusman özü isə həbsxanada qalmaq şəraitindən şikayətlənib. O, aylardır çirkli su içdiyini və zəhərli havanı udmağa məcbur edildiyini bildirib. Bundan başqa, narkodiler ailəsini və qızlaını görə bilmədiyini deyib.

El Çapo mahkeme ile ilgili görsel sonucu

Qeyd olunur ki, Xoakin Qusman “Sinaloa” kartelini 1980-ci illərdə qurub. Onun cinayətkar şəbəkəsi ABŞ-ın bütün narkotrafikinin dörddə bir hissəsinə nəzarət edib. İllər ərzində “El Çapo” dünyada ən çox aranan cinayətkarlardan biri olub. 2009-cu ildə o, Yer kürəsinin ən varlı adamlarının siyahısına düşməyi bacarıb. Həmin vaxt “Forbes” jurnalı onu 1 milyard dollarlıq sərvəti ilə 309-cu sırada yerləşdirib.

Meksikalı narkobaron ilk dəfə 1993-cü ildə həbs olunaraq 20 il müddətinə məhkum həyatı yaşamaq cəzasına layiq görülüb. Lakin bir müddət sonra o, alt paltarlar üçün nəzərdə tutulan zənbilin içində qaçmağı bacarıb. Hüquq-mühafizə orqanları onu bir də 2014-cü ilin fevralında yaxalaya biliblər. Lakin 2015-ci ilin iyulunda “Balacaboy” xüsusi rejimli “Altiplano” həbsxanasından da qaçmağa müvəffəq olur. Bunun üçün adamları həbsxanada onun qaldığı yerə qədər 1,5 km-lik tunel qazıblarmış. Tunel o dərəcədə geniş olub ki, oraya hətta motosiklet belə yerləşirmiş. Kameradakı duş kabinetindən tunelə xüsusi giriş açılıb və Qusman motosikletin arxasındakı xüsusi vaqonun içində həbsxana ərazisini tərk edib.

Qazıntı işləri zamanı “El Çapo”nun əlində tuneldə çalışanların düzgün orientasiya götürməsi üçün GPS cihazı da varmış.

Məhkəmə istintaqında Qusmanı elə ən yaxınındakı isimlər satıb. Məlum olub ki, “Balacaboy” azyaşlı qız uşaqlarına narkotik maddələr verərək onları zorlayırmış. Qurbanlardan ən kiçiyinin cəmi 13 yaşı olub. Bununla cani öz ömrünü uzadacağını zənn edrimiş. Bütün bunları məhkəmədki ifadəsində “El Çapo”nun keçmiş partnyoru və narkodiler Aleks Sifuentes danışıb.

Narkobaron rəqib kartellərdən birinin başçısını isə məzarlıqda diri-diri basdırıb. Başqa bir adamı isə sadəcə salamını qaytarmadığı üçün öldürüb.

Bilindiyi üzrə, son 10 ildə Meksikadakı narkomüharibələr 100 mindən çox insanın canını alıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129772

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031