İsveçrədə pilotsuz “uçan qazan” hazırlanıb

19.07.2019 - 12:14

Lozanna Federal Texniki Universitetinin mütəxəssisləri adi hava aparatlarından iki dəfə sürətli ikimotorlu pilotsuz uçan aparat hazırlayıblar. Ekspertlərin qənaətinə görə, bu yeni ixtiradan sənaye infrastrukturunun əlçatmaz hissələrində, xüsusən tunellərdə tədqiqatlar zamanı istifadə etmək olar.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, “uçan qazan”ın yeganə nöqsanı onun uçuş vaxtının az olmasıdır ki, bu da aparatın ağır çəkisi və nisbətən səmərəsiz vintləri ilə izah olunur. Bu səbəbdən uzunmüddətli uçuşlar zamanı aparatın akkumulyatorlarını mütəmadi olaraq dəyişmək lazım gəlir. Bildirilir ki, layihə üzərində uzun müddət çalışan mühəndislər də bu problemi həll edə bilməyiblər.

Yeni pilotsuz aparatı təqdim edən Flybotix startapının əməkdaşları əsas diqqəti helikopterin analoji sistemi əsasında hazırlanan güc qurğularına yönəldiblər. Onlar silindr şəklində paralel olaraq yerləşdirilib. Stabilləşmə üzrə novator sistemi sayəsində aparat helikopterin aerodinamik keyfiyyətlərini götürüb. Məsələn, tuneldə və yaxud mağarada uçan bu aparat kamera görüntüləri çəkmək üçün bir müddət havadan asılı vəziyyətdə qala bilir. Məsafədən idarə olunan pilotsuz “uçan qazan”ın uçuş müddəti onun həcmindən və çəkisindən asılıdır. Hazırda mütəxəssislər onun batareyasının daha uzunömürlü olması üzərində işi davam etdirirlər.

Aparatın daha bir üstünlüyü elastik penomaterialla örtülməsi və maneələrə dəyərkən korpusun əzilməməsidir. Qayalara, yaxud divarlara çırpılan “uçan qazan” asanlıqla kənara atılır və uçuşu davam etdirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129857

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930