İtaliyanı nə gözləyir? – Etna oyanır

19.07.2019 - 12:14

İtaliyanın Siciliya adasında Etna vulkanında aktivlik müşahidə edilir. Trend-in məlumatına görə, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun əməkdaşları bu qənaətə gəliblər.

İyulun 14-də artıq vulkanın kraterində oyanma olduğu bildirilir. Hətta lava qatının da yarandığı qeyd edilir.

Lakin vulkan ətrafında durum çox təhlükəli qiymətləndirilmir. Hətta bu dəfə püskürmə olsa belə, vulkanoloqlar insan həyatı üçün bir təhlükə görmədiklərini bildiriblər. Eyni zamanda vulkanın oyanmasının yaxınlıqdakı Kataniya aeroportunun işinə təsir etməyəcəyini də qeyd edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=129859

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728