QRU zabiti İqor Zaytsev avstriyalı polkovnikə 30 min avronu niyə verib?

26.07.2019 - 18:47

Avstriyanın casusluqda ittiham etdiyi və beynəlxalq axtarışa verdiyi rusiyalı İqor Zaytsevin işi üzrə təfərrüatlar məlum olub.

Virtualaz.org TASS-a istinadən xəbər verir ki, Zaytsev 1987-ci ildə Avstriya silahlı qüvvələrinin polkovnikini öz tərəfinə çəkə bilib və onu hərbi xarakterli gizli məlumatları ötürməyə razı salıb. Zalsburq prokurorluğunun bəyanatında belə deyilir.

Qurum bildirir ki, avstriyalı hərbçi Zaytsevə ölkənin quru qoşunlarının və hərbi-hava qüvvələrinin hərbi sistemləri və vəzifələri haqqında məlumatları ötürüb. Əlaqə yaratmaq üçün onlar müasir casus texnikasından istifadə ediblər.

Prokuraturadan bildirildiyinə görə, casus fəaliyyətinin ifşasına xarici kəşfiyyat xidməti kömək edib. Həmin xidmətin əməkdaşları avstriyalı ilə rusiyalının görüşünü izləyiblər. Görüş zamanı hərbçi Zaytsevdən ötürdüyü məlumatların müqabilində nağd şəkildə 30 min avro pul alıb.

Rusiyalı İqor Zaytsev iyulun 25-də axtarışa verilib. Avstriya tərəfi onu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş idarəsinin (əvvəlki QRU) zabiti kimi qələmə verir. Güman edildiyinə görə, Zaytsev 70 yaşlı zalsburqlu istefada olan polkovnikin kuratoru olub.

Avstriyalı polkovnik ötən ilin noyabr ayının 9-da dövlət sirrinin Rusiyaya ötürülməsində şübhəli bilinərək saxlanılıb. Adı açıqlanmayan hərbçi təqsirini etiraf edib. Məlum olub ki, o, Avstriya Müdafiə Nazirliyinin struktur planlaşdırma şöbəsində işləyib və idarədə aparılan vacib danışıqlar barədə məlumatlı ola bilərdi. Lakin onun gizli məlumatlardan xəbərsiz olduğu deyilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=130333

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728