Bəşər Əsəddən Türkiyə və ABŞ-a “xəbərdarlıq”

27.07.2019 - 16:32

Sərhədlərində artan terror təhlükəsinə qarşı lazım gəldiyində ABŞ-a belə etiraz edən Türkiyəyə Əsəd rejimindən xəbərdarlıq gəlib.

Musavat.com xəbər verir ki, Əsəd rejimi Türkiyə ilə ABŞ arasında “təhlükəsiz zona” mövzusunda bütün müzakirələrə qapalı olduqlarını açıqlayıb.

Ölkəsində sırf müxalif yönümlü olduğu üçün insanların qətlinə fərman verən və ərazilərində terror təşkilatlarının baş alıb getdiyi Suriya hökuməti Türkiyə və ABŞ-ı ölkədə gərgin vəziyyəti uzatmaqda ittiham edib.

Suriya Xarici İşlər Nazirliyində səlahiyyətli şəxslərdən biri Suriyanın rəsmi xəbər agentliyi olan “SANA”-ya bu barədə açıqlama verib.

“Suriya ölkənin daxili işlərini hədəf alan ABŞ-ın böhranı uzatma və daha da qarışıq hala gəlməsi məqsədi ilə etdiyi müdaxilələri qınayır” – deyə açıqlamada bildirilib.

Səlahiyyətli şəxs Türkiyə və ABŞ-la heç bir razılığa gəlməyəcəklərini bildirərək, bunun həm də beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

“SANA”-ya açıqlama verən səlahiyyətli şəxs “Türkiyənin beynəlxalq təhlükəsizlik adı altında Suriyaya hücumlar təşkil etdiyini” söyləyərək çirkin ittiham da irəli sürüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=130446

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728