ABŞ prezidentliyinə namizəd qondarma “erməni soyqırımı”nı tanıyacağını açıqlayıb

27.07.2019 - 16:39

ABŞ prezidentliyinə namizəd senator Berni Sanders qondarma “erməni soyqırımı”nı tanıyacağını bəyan edib.

APA-nın “Massis Post”a istinadən verdiyi xəbərə görə, bu barədə B. Sanders Los Ancelesdə media nümayəndələri ilə görüş zamanı bildirib.

O qeyd edib ki, prezident seçiləcəyi təqdirdə 1915-ci ildə baş verən hadisələrlə bağlı “soyqırımı” ifadəsini istifadə edəcək.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd B. Sanders senatorlar Bob Menendez və Ted Kruz tərəfindən irəli sürülən qondarma “erməni soyqırımı” qətnaməsini dəstəkləyənlərdən biridir.

Berni Sanders Demokratlar Partiyasının üzvüdür.

Short URL: http://www.cumhuriyyet.net/?p=130454

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728