Türkiyədən Nigeriyada böyük əməliyyat – Qaçırılan 4 Türkiyə vətəndaşı azad edildi (Foto)
Nigeriyada silahlı adamlar tərəfindən qaçırılan 5 Türkiyə vətəndaşı həyata keçirilən əməliyyat nəticəsində azad edilib.
Avropa.info xəbər verir ki, Türkiyə tərəfindən keçirilən əməliyyat nəticəsində azad edilən vətəndaşlar Türkiyənin Abujadakı səfirliyinə gətirilib.
Türkiyə vətəndaşlarının sağlamlıq durumlarının yaxşı olduğu bildirilib.
Türkiyənin Nigeriyadakı səfiri Melih Uluərən Anadolu Agentliyinə açıqlamasında bir həftədir davam edən narahatçılıqlarının sona çatdığını deyib.
“Bu prosesin gözəl bir şəkildə sona çatması və qaçırılan 4 vətəndaşımızı səfirliyimizdə görməkdən şadıq. Hadisənin lap əvvəlindən Nigeriya hökuməti ilə də sıx təmaslarımız var” – Melih Uluərən belə deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=130471