ABŞ təyyarəsi Venesuelanın hava məkanına daxil olub

28.07.2019 - 12:37

ABŞ kəşfiyyat təyyarələri növbəti dəfə Venesuelanın hava məkanına soxulub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi qüvvələrinin strateji qərargahının “Twitter” səhifəsində məlumat yerləşdirilib.

“Bu gün növbəti dəfə ABŞ-ın casus təyyarələri aviasiya təhlükəsizliyini və beynəlxalq razılaşmaları pozaraq Venesuelanın nəzarətində olan əraziyə daxil olub. ABŞ açıq şəkildə ölkəmizə qarşı təhqirləri davam etdirir”, – məlumatda belə deyilir.

Venesuelanın Müdafiə Nazirliyi qeyd edir ki, bu artıq ilk sərhəd pozulması halı deyil və gələcəkdə ciddi təhlükə kimi qiymətləndirilə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=130521

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930