Ermənistanda benzinlə dolu 17 vaqonda yanğın başlayıb – VİDEO

29.07.2019 - 12:44

Ermənistan Lori vilayətində Tumanyan dərmiyol stansiyası yaxınlığında benzinlə dolu vaqonlarda yanğın başlayıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Yanğın 17 vaqonu əhatə edir.

Məlumata görə, hər çənin həcmi 50 tondur. 29 vaqondan 17-də bezin, 4-də taxıl, 1-də isə alüminium tikinti materialı var. Qalan vaqonlar boş olub. Qatar Ermənistanın Baqrataşen şəhərindən Gümrüyə doğru hərəkət edirmiş.

Hadisə lokomotivin relsdən çıxması nəticəsində baş verib. Qəza yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=130652

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728