Səudiyyə Ərəbistanı Kralının böyük qardaşı vəfat edib
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun böyük qardaşı şahzadə Bəndər bin Əbdüləziz Al Səud vəfat edib.
“Report” SPA-ya istinadən xəbər verir ki, mərhumla vida mərasimi bu gün Məkkə şəhərindəki Məscidül-Həramda keçiriləcək.
Qeyd edək ki, Bəndər bin Əbdüləziz dövlətdə müəyyən şəxsi nüfuza malik olsa da, öz istəyilə heç bir rəsmi vəzifə daşımayıb. Son illər ağır xəstəlikdən əziyyət çəkirdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=130707